Rusiya ordusunun Kiyevə hava hücumu nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hava hücumu zamanı Obolon rayonunda park edilmiş avtomobillər yanıb, bir sıra anbarlar dağılıb, təkər təmiri və mağazalar zədələnib. Nəticədə 2 nəfər ölüb, hadisə yerinə gələn 4 təcili yardım əməkdaşı və 2 polis xəsarət alıb.
Podol rayonunda isə yaşayış binalarının fasadları dağılıb, binalardan birinin dağıntıları altında iki meyit tapılıb. Onlardan biri 12 yaşlı uşaq olub, 3 nəfər isə yaralanıb. Eyni zamanda, iki oteldə və digər binalarda da dağıntı qeydə alınıb, iki nəfər xəsarət alıb.


























