image-reklam-veteninfo
image-1backend

Rusiya Kiyevi yenə VURDU

image-reklam-veteninfo

Rusiyanın Ukraynaya gecə saatlarında həyata keçirdiyi hücumlar nəticəsində Kiyevdə Cənub körpüsünə (Yujnı körpüsü) yenidən zərbə endirilib. Paytaxtın Dar­nitsa rayonunda çoxmərtəbəli yaşayış binası da zərər görüb.

Vətəninfo.az xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun məlumatına görə, zərbə səhər saatlarında körpüyə dəyib. “Cənub körpüsünə yenidən zərbə qeydə alınıb. Təcili xidmətlər hadisə yerinə yollanır”, – deyə Kliçko bildirib.

Hadisə ilə bağlı məlumat təxminən saat 05:03-də yayılıb. Körpüdəki zərbənin nəticələri araşdırılır. İlkin məlumata görə, dağıntı və xəsarət alanlarla bağlı məlumat həmin vaxtadək daxil olmayıb.

Bundan başqa, səhər saatlarında Kiyevin Holosiyivski rayonunda pilotsuz uçuş aparatının qalıqları açıq əraziyə düşüb. Partlayış dalğası qeyri-yaşayış binasının pəncərələrinə və bir neçə avtomobilə ziyan vurub. Hadisə nəticəsində yanğın və xəsarət qeydə alınmayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiya hücumu nəticəsində Darnitsa rayonunda 25 mərtəbəli yaşayış binası da zərər görüb.

Daha sonra administrasiya binaya endirilən zərbə nəticəsində bir nəfərin öldüyünü, daha iki nəfərin isə yaralandığını açıqlayıb.

Qeyd edək ki, oktyabrın 1-də də iki Rusiya pilotsuz uçuş aparatı Kiyevdəki Cənub körpüsünə hücum edib.

Kliçkonun sözlərinə görə, körpünün dayaq hissəsinin yaxınlığında zərbələr qeydə alınıb. Hücum zamanı körpüdən metro qatarı keçib. Sərnişinlər və maşinist xəsarət almayıb.

İlkin hücumdan sonra körpüdən metro və yerüstü ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Mütəxəssislər körpünün konstruksiyasını yoxlamağa başlayıb. Sonradan yerüstü nəqliyyatın hərəkəti bərpa edilsə də, metro xəttinin fəaliyyəti bərpa olunmayıb.

Bundan sonra Cənub körpüsünə yenidən zərbə endirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki