image-reklam-veteninfo
image-1backend

Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

image-reklam-veteninfo

“Bring Kids Back UA” təşəbbüsü çərçivəsində Rusiya tərəfindən qaçırılan 2134 uşaq artıq Ukraynaya qaytarılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets öz “Telegram” hesabında yazıb.
“Hazırda Ukrayna Prezidentinin “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində 2134 uşaq evlərinə qaytarılıb. Lakin minlərlə uşaq müvəqqəti işğal altında və ya Rusiya ərazisində qalır”, – deyə o yazıb.
Eyni zamanda, Lubinets vurğulayıb ki, Ukrayna uşaqlarının geri qaytarılması üzrə Beynəlxalq Koalisiya artıq 49 üzvdən ibarətdir.
“Bu missiyaya qoşulan hər bir ölkəyə səmimi-qəlbdən minnətdarıq. Xüsusilə, bu yaxınlarda İsveçrə və Kipr də ona qoşulub”, – deyə o qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki