image-reklam-veteninfo
image-1backend

Rusiya Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsinə zərbə endirdi: Ölən və yaralananlar var

image-reklam-veteninfo

Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatının Ukrayna-Moldova sərhədində yerləşən beynəlxalq avtomobil keçid məntəqəsinə zərbə endirdiyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, hücum nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Onun bildirdiyinə görə, ölən və yaralanan şəxslər zərbə zamanı Starokozaçye beynəlxalq avtomobil buraxılış məntəqəsinin yaxınlığında olublar. Daha 16 nəfər avtobuslarla təhlükəsiz əraziyə təxliyə edilib.

Hücum nəticəsində sərhəd-keçid məntəqəsinin inzibati və digər binalarına ciddi ziyan dəyib. Ərazidə avtobuslar, yük maşınları və minik avtomobilləri də məhv olub.

Zərbədən sonra keçid məntəqəsində güclü yanğın baş verib. Yanğının söndürülməsi və ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görülüb.

Ukrayna Dövlət Sərhəd Xidməti təhlükəsizlik səbəbindən sözügedən əraziyə insanların və nəqliyyat vasitələrinin girişinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Hadisə ilə bağlı Moldova hakimiyyətinə də məlumat verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki