Rusiya nüvə müharibəsinin heç vaxt başlamamalı olduğuna dair inancını qorumağa davam edir.
Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin fövqəladə və səlahiyyətli səfiri və Rusiya nümayəndə heyətinin rəhbəri Andrey Belousov Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə konfransda bildirib.Səfir qeyd edib ki, “Rusiya nüvə müharibəsinin nəticələrini tam olaraq anlayır və onun heç vaxt başlamamalı olduğuna inanır”.Belousov əlavə edib ki, nüvə silahından istifadə etməklə münaqişənin qarşısını almaq üçün Rusiya beş nüvə dövlətinin liderlərinin nüvə müharibəsinin qarşısının alınması ilə bağlı birgə bəyanat qəbul etməsi təşəbbüsü ilə çıxış edib.


























