Rusiyanın Belqorod vilayətində T-72 tankının təmiri zamanı tankın partlaması baş verib. Vətəninfo.az xəbər verir ki, nəticədə bir tank məhv olub, daha iki tank isə sıradan çıxıb.
Hadisə yanvarın 12-də axşam saatlarında təmir-texniki bazada təmir zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib. Bu barədə Baza Telegram kanalı yazır .
“Yanğın nəticəsində bir tankdakı sursat partlayıb, nəticədə o, sıradan çıxıb. Yanğın yaxınlıqda dayanan daha iki T-72-yə keçib, lakin onlar xilas edilib”, – məlumatda deyilir.