image-reklam-veteninfo
image-timthumb-3backend

Rusiyalı general həbs edildi 

image-reklam-veteninfo

Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin Təlim və Maddi Baza İdarəsinin rəisi general-mayor Sergey Nikituşkin həbs edilib.

Vətəninfo.az xəbər verir ki, 51 yaşlı zabit dünən gecə ilkin həbsə göndərilib, lakin onun hansı cinayət işi ilə həbs olunduğu hələlik məlum deyil.

Nikituşkin Rusiya-Ukrayna müharibəsində iştirak edib. 9 dekabr 2024-cü ildə general-mayor rütbəsi alıb.

Nikituşkin ordunun təlim bazalarının təmin edilməsindən məsul idi. Onun ölkə daxilində tank bölmələri üçün təlim platformalarının modernləşdirilməsi proqramını koordinasiya etdiyinə inanılır.

Yaxın gələcəkdə sözügedən şəxs istintaq tərəfindən ona aid edilən cinayətin bütün halları müəyyən edilənə qədər təkadamlıq kamerada qalacaq. Məhkəmə istintaq zamanı ona tətbiq ediləcək əlavə qətimkan tədbiri barədə tezliklə qərar verəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki