Bildyiniz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu həyatını itirib, yaralanlar var. Bu məqamda mənim Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) təklifim var.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Hesab edirəm ki, bu ciddi insan haqlarının pozuntusunu beynəlxalq təşkilatlarda çox ciddi şəkildə qaldıracaqsınız və onların diqqətinə çatdıracaqsınız. Sizə uğurlar diləyirəm”, – parlament sədri vurğulayıb.
Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilb.