image-safqatbackend

Şavkat Mirziyoyev: “Şanxay Əməkdaşlıq Təşkilatının tərkibi genişləndiriləcək”

image-reklam_sirab_01

Özbəkistan prezidenti Şavkat Mirziyoyev sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammit zamanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tərkibinin genişləndiriləcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında dərc olunmuş “Səmərqənd ŞƏT Zirvəsi: bir-birinə bağlı dünyada dialoq və əməkdaşlıq” məqaləsində deyilir.

“Əminik ki, Səmərqənddə biz ŞƏT-in həyatında yeni mərhələnin doğulmasının şahidi olacağıq – Təşkilatın üzvlərinin sayı artırılacaq və gələcək gündəm formalaşacaq”, – o yazıb.

Mirziyoyevin sözlərinə görə, ŞƏT bu gün geniş coğrafi ərazini və dünya əhalisinin təxminən yarısını birləşdirir. O qeyd edib ki, ŞƏT çoxşaxəli əməkdaşlığı inkişaf etdirməli, regional təhlükəsizliyi təmin etməlidir.

Prezident vurğulayıb ki, Səmərqənd sammiti əməkdaşlığın yeni mərhələsinə doğru mühüm addım olmalıdır.

Qeyd edək ki, 15-16 sentyabırda keçiriləcık ŞƏT-in Səmərqənd sammitində 9 təsisçi ölkə və 3 müşahidəçi ölkə ilə yanaşı Azərbaycan,Türkiyə və Ermənistan qonaq qismində iştirak edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki