Səbail rayonunda yolun bir aydır bağlı qalması sakinlərin narahatlığına səbəb olub.
Vətəninfo.az-ın məlumatına görə, söhbət Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən Cavidan İbrahimli küçəsindən gedir.
Bu yol bir müddət əvvəl ərazidəki istinad divarında baş verən sürüşmə nəticəsində bağlanıb. Fəsadlar aradan qaldırılsa da, yol açılmayıb.
Sakinlər deyirlər ki, bu ərazi alternativ yol kimi daha əlverişlidir. Çünki Badamdara və ya əks istiqamətə getmək üçün daha çox məsafə qət etmək lazımdır ki, bu da xüsusilə də tıxac olan saatlarda vəziyyəti daha da çətinləşdirir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, baş vermiş hadisənin fəsadları operativ şəkildə aradan qaldırılıb. Lakin sözügedən məsələnin həlli onların səlahiyyətində deyil.
Fövqəladə Hallar Nazirliyindən isə qeyd edildi ki, hazırda araşdımalar davam etdirilir, problemin həlli yönündə aparılan işlər barədə əlavə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


























