image-01-78backend

Şəhid Hacırza Rzayevin valideynlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

image-reklam_sirab_01

15 iyun-Milli Qurtuluş Günü ərəfəsində Nəsimi rayonunda Şəhid
Hacırza Rzayevin valideynlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Nəsimi rayonunda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində həyətlərdə və məhəllələrdə genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılır. 15 İyun-Milli Qurtuluş Günü ərəfəsində Şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı 3-cü mkr-n A.Mustafayev küçəsi 41 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılaraq sakinlərin istifadəsinə verilib, məhəllədə şəhidin adını daşıyan  Cüdo İdman Klubu fəaliyyətə başlayıb.   Abadlıq işlərindən öncə şəhid Hacırza Rzayevin valideynlərinin yaşadığı A.Mustafayev küçəsi 41 saylı evin 2 otaqlı, 28 nömrəli mənzilində də əsaslı təmir işləri aparılıb.

Hazırlanmış layihəyə uyğun olaraq 500 nəfərdən çox sakini olan 4 girişli, 5 mərtəbəli yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m-ə yaxın asfalt örtüyü,              400 kv.m-dən artıq qazon, 300 kv.m tamet daşı vurulub, 150 p.m-dən artıq yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, hündürlüyü 8 metr olan           100 p.m-dən artıq istinad divarı bərpa olunaraq rənglənib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə    100-ə yaxın müxtəlif növ həmişəyaşıl ağaclar, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 160 p.m. su xətti çəkilib. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki