Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Polşa Respublikası infrastruktur nazirinin müavini Marek Grobarczyukun başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün keçirilən görüşündə iki ölkə arasında nəqliyyat və logistika üzrə işçi qrupunun bu ilin sentyabrında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan ikinci iclası barədə fikir mübadiləsi aparılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat, o cümlədən dəmir yolu və dəniz nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bundan əlavə, görüş zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Qdansk Limanı arasında əməkdaşlıq haqqında Niyyət Məktubu imzalanıb.