Bu gün səhər saatlarında SEPAH Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına raket və dronlarla zərbə endirdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, eyni zamanda, SEPAH Küveytdəki ABŞ hərbi bazalarını da vurğunu açıqlayıb. CENTCOM isə öz növbəsində bildirib ki, İrandan atılan bir neçə ballistik raket bu ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla məhv edilib.
CENTCOM qeyd edib ki, bölgədəki hədəflərə doğru hərəkət edən üç pilotsuz uçuş aparatı da zərərsizləşdirilib və hücum vasitələrinin heç biri təyin olunmuş hədəflərə çata bilməyib.
ABŞ tərəfi əlavə olaraq İranın son hərəkətlərinə cavab olaraq Qeşm adasında yerləşən hərbi komandanlıq məntəqəsinə “müdafiə xarakterli zərbələr” endirdiyini açıqlayıb.


























