İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi ölkənin idarəetmə və ictimai kommunikasiya sistemində daha açıq yanaşmaya ehtiyac olduğunu bildirib.
O, hazırkı böhran vəziyyətində dövlət rəsmilərinin mərhum ali rəhbər Əli Xameneyinin keçmişdə istifadə etdiyi birbaşa xalq müraciəti modelinə bənzər üslubdan istifadə etməli olduğunu deyib.
Sadeqi qeyd edib ki, yüksək səviyyəli rəsmilər ictimaiyyəti məlumatlandırmaq və gərginlik dövrlərində vətəndaşlara izah vermək öhdəliyi daşıyırlar.
“12 günlük müharibə zamanı mərhum lider xalqa müraciət etdi və insanları sakitləşdirdi. Biz sirlərin açılmasını tələb etmirik, ancaq vəziyyətlə bağlı ictimaiyyətə hesabat verilməlidir ki, düşmən bu boşluqdan istifadə etməsin”, – o bildirib.


























