image-reklam-veteninfo
image-1backend

SEPAH  İsrailin şimalına zərbələr endirməklə hədələyib 

image-reklam-veteninfo

İslam İnqilabı Keşikçiləri Korpusunun “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi İsrailin şimal bölgələrinin və hərbi qəsəbələrinin sakinlərinə xəbərdarlıq edib.

İranın dövlət mediasının yaydığı məlumata görə, Abdullahi deyib: “Rejim tərəfindən atəşkəsin dəfələrlə pozulmasını nəzərə alaraq, bu təhdidlərin reallaşacağı təqdirdə İsrailin şimal bölgələrinin və hərbi qəsəbələrinin sakinlərinə xəbərdarlıq edirik: əgər zərər çəkmək istəmirlərsə, ərazini tərk etsinlər”.

General bu xəbərdarlığı İsrailin bu yaxınlarda Beyrutun Dahiya rayonu sakinlərini təxliyə etməyə çağırması ilə əlaqələndirib.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatlarını İsrailin regiondakı “düşmənçilik fəaliyyəti” kimi xarakterizə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki