Bu gün SEPAH-a yaxınlığı ilə tanınan “Tasnim News” agentliyi mediada yayılan və İranın Küveyt beynəlxalq hava limanına dron hücumunu əks etdirdiyi görüntülərin həqiqəti əks etdirmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, agentliyin anonim hərbi mənbəyə istinadən yaydığı məlumata görə, SEPAH-ın Küveytdəki ABŞ hədəflərinə qarşı həyata keçirdiyi dron əməliyyatı gecə saatlarında baş verib. Mənbə iddia edib ki, mediada yayılan videolarda isə hadisə yerinin gündüz vaxtı göründüyü müşahidə olunur.
Mənbənin sözlərinə görə, İran dronlarının hədəfi hava limanından 40 kilometrdən çox məsafədə yerləşib.
SEPAH daha əvvəl də Küveyt hava limanının 1-ci terminalına dəyən ziyanın İranın hücumu nəticəsində deyil, ABŞ-yə məxsus hava hücumundan müdafiə sistemlərinin atdığı raketlərdən qaynaqlandığını açıqlamışdı.


























