Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ və İran arasındakı mümkün razılaşma ilə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, “X” hesabında paylaşım edərək yazıb ki, “ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi sərgüzəştlərini” davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz”.
“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü göstərib. Neftin bir barelinin 200 dollar olmasına hazırlaşın”, – deyə, Zülfüqari vurğulayıb.


























