“Baykar” şirkətinin Səudiyyə Ərəbistanında imzaladığı Türkiyə Cümhuriyyəti tarixindəki ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsindən sonra yeni müqavilələr imzalanıb.
Türkiyə müdafiə sənayesinin milli pilotsuz uçuş aparatlarında əldə etdiyi ixrac uğuru özü ilə yeni imkanlar da gətirir.
“Baykar” bu yaxınlarda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə “Bayraktar AKINCI” Hücum Pilotsuz Uçuş Aparatının (TİHA) ixracı və əməkdaşlığı üçün müqavilə imzalayıb. Bu imza Türkiyə Cümhuriyyəti tarixində ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsi kimi qeydə alınıb.
Əldə edilən məlumata görə, bu müqavilədən sonra Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin ev sahibliyi ilə Ər-Riyadda PUA İstehsalının Yerliləşdirilməsi Müqaviləsi İmza Mərasimi keçirilib. Mərasimdə Baykar, ASELSAN və Roketsan Səudiyyə Ərəbistanındakı şirkətlərlə yeni müqavilələr bağlayıb.
“Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin “Baykar” şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək”, – şirkətin açıqlamasında bildirilib.