Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Düzqışlaq kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Müvafiq qrafikə əsasən Düzqışlaq kənd tam orta məktəb binasında təşkil olunmuş səyyar qəbulda RİH başçısı aparatının, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, aidiyyəti təşkilatların rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici uğurlu siyasətindən, ölkəmizin beynəlxalq müstəvidə qazandığı nəaliyyətlərdən, 44 Günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizdən, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdışdan və yenidən qurulmasından, eləcə də Ağstafa rayonuna göstərilən yüksək dövlət qayğısından geniş söz açıb.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ilə bağlı vətəndaşlara qanuna müvafiq izahatlar verilib, həlli ilə əlaqədar zəruri tədbirlər müəyyən edilərək aidiyyəti üzrə konkret tapşırıqlar verilib.