image-vardaniyanbackend

SON DƏQİQƏ: Putin erməni milyarderi XANKƏNDİNƏ GÖNDƏRDİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya federasiyası vətəndaşlığından imtina edərək Xankəndinə gəldiyini açıqlayıb.

“Qazeta.ru”-nun xəbərinə görə,buu barədə sahibkar özünün Telegram kanalında məlumat verib.

“Rusiya vətəndaşlığından imtina edib Artsaxa (qondarma qurum)) köçmək qərarına gəldim. Bu qərar mənim üçün asan olmadı, amma əminəm ki, bu çox düzgündür”.

Ruben Vardanyan bildiirb ki, belə bir addımı atmasına səbəb Bakı ilə İrəvan arasında növbəti gərginliklə bağlıdır. Vardanyanın fikrincə, Moskva sülhməramlıların sayını artırmalı və onların regionda qalma müddətini uzatmalıdır.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. Qeyd edək ki, Vardanyan RUsiya federasiyasında daha çox Vladimir Putinin nəzarətində olan bir iş adamı kimi tanınır və  Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutur – 2021. 2020-ci ildə bu siyahıda 103-cü yerdə idi.

Siyasi ekspertlər hesab edirlər ki, Son dövürlər Ermənistan baş naziri Nikol Paşinyan və komandasının rəsmi Moskvaya qarşı “buynuz”göstərməsi, Vladimir Putini ciddi narahat etməyə başlayıb. Vardanyanın məhz Xankəndinə, Azərbaycanın ərazisinə gəli.ini təhlilçilər onunla izah edirlər ki, Vladimir Putin Ermənistanda həyata keçirmək istədiyi hakimiyyət dəyikliyi üçün Xankəndində başlatacağı aksiyalarla nail olmaq fikrindədir. Bunun üçün də erməni milyonçu xüsusi olaraq  Xankəndinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki