image-istanbulbackend

SON DƏQİQƏ: RUSİYA QAÇIŞIN QARŞISIN ALA BİLMİR-Türkiyəyə biletlər qurtarıbSENTYABR AYI ÜÇÜN

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bilet toplayıcıların bron sistemlərinin məlumatlarına istinadən xəbər verir ki, ruslar sentyabrın sonunadək Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstana aviabilet alıblar.

Məlumatda deyilir kİ. Rusiyanın Ukraynaya qarşı işğalçı-hərbi təcavüzü zamanı ölkədə qismət səbərbərliyindən sonra, ölkədə səfərbərliyə çağırlması ehtimal edilən şəxslər ölkəni tərk etməyə başlayıblar. Məlumata görə, müharibədə iştirak etməmək üçün səfərbərlikdən yayınan şəxsləri müxtəlif ölkələrə getmək üçün satılan təyyarə biletlərinin qitymətinə belə fikir vermirlər.

Məlumatda o da vurğulanır ki, İstanbul və Dubaya birbaşa reyslərin biletləri ötən həftə sonu başa çatıb – ruslar onlara 110-200 min (5920 AZN) rubl ödəyiblər.

Məlumata görə, rus vətəndaşları İstanbula əlavə reyslər olacağı halında daha çox pul ödəməli olacaqlar. Məlumata görə,sentyabrın 28-də İstanbula bilet əldə etmək  üçün (üç köçürmə ilə) 178,5 min (5,283.6) rubul ödəməli olacaqlar.

Almatıya – 62,4 min. rubl (1,847.04 AZN) İrəvana üç birləşdirici reyslə də getmək 187,9 min rubula  (5,561.84 AZN) başa gələcək.  Daşkəndə birbaşa uçuş 322,5 minə (9,546) rubula başa gələcək.

Məlumata görə, biletlərə tələbat hazırda ən yüksək həddə çatıb. Oktyabrın 1-dən daha az pulla seçilmiş istiqamətlərə uçmaq mümkündür. Məsələn, İstanbula 1 nəfər gediş-gəliş üçün  75,2 minə (2,225.92 AZN) rubul ödəyə bilər.

Turizim üzrə ekspertlər isə hesab edirlər ki, baş verən çaxnaşmalara baxmayaraq,oktyabrın 15-dən tariflər normallaşdırılacaq.

Ekspertlər hesab edirlər ki, 15 oktyabrdan sonra İstanbula bileti 33,2 minə (982. AZN)  rubula ala bilərlər. Dubaya – 72,5 min. rubl (2,146 AZN)  Almatıya getmək üçün 26,5 min (784.4 AZN)  ödəməli olacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki