Davamlı olaraq Ermənistan televiziyalarına çıxan və Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Yunus Demirtaşla bağlı Vətəninfo.az yeni məlumatlar əldə edib.
Əldə etdiyimiz məlumatda qeyd edilir ki, Ermənistan TV-lərinə çıxaraq “Ermənilər mənim qardaşımdır, Qarabağda müharibə olsa, gedib ermənilər tərəfindən Azərbaycana qarşı vuruşacağam” deyən Yunus Demirtaş, Azərbaycanın Türkiyə Respublikası İstanbuldakı Ba. Konsulluğuna qarşı xain hücum təşkil etməkdə şübhəli bilinən şəxsdir.
Redaksiyamıza daxil olan məlumata görə, Yunus Demirtaş 2024-cü ildə məhz konsulluğumuza qarşı planlaşdırılan təxribatla bağlı həbs olunub və məhkəmə hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Onun bu əməlinə dair faktlar İstanbul Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun Cinayət Bürosuna təqdim edilən şikayət protokolunda öz əksini tapıb.
Şikayətçi öz ərizəsində qeyd edir:
“11.05.2026-cı il tarixli ərizənin məzmununu eynilə təkrar edirəm. Həmin ərizənin altındakı imza mənə məxsusdur. Şübhəli Yunus Demirtaşı 2008-2009-cu illərdən tanıyıram. Aramızda tekstil işi olmuşdu. Sonradan şübhəli məni aldatdığı üçün bir-birimizdən şikayətçi olduq. O, Gaziosmanpaşa Ədliyyəsində mühakimə olunaraq cəza aldı.”
Şikayətçinin sözlərinə görə, Yunus Demirtaş Azərbaycan dövlətindən pul qoparmaq məqsədilə konsulluğumuza qarşı təxribata əl atıb:
“Təxminən 2 il əvvəl yenidən mənə zəng etdi. Azərbaycan Konsulluğunda əməliyyat keçirib pul qoparacağını bildirdi və məndən kömək istədi. Mən kömək etmədim. Daha sonra bu hadisə ilə bağlı edilən şikayət nəticəsində yenidən mühakimə olunub cəza aldı.”
Maraqlısı budur ki, Yunus Demirtaşın hədəf olaraq məhz Azərbaycan konsulluğunu seçməsi, həbsdən çıxdıqdan sonra isə davamlı olaraq Ermənistan mediasına müsahibələr verməsi, onun Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyini açıq şəkildə büruzə verir.
Redaksiya olaraq Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun Cinayət Bürosuna təqdim edilən “2026/55747” saylı istintaq materialındakı ifadəni olduğu kimi təqdim edirik:
İFADƏ PROTOKOLU (Şikayətçi üçün)
-İfadə verən:- (Şəxsi məlumatlar sənəddə gizlədilib)
-Tarix: 11.05.2026
-SORĞU:
Şübhəli Yunus Demirtaşı 2008-2009-cu illərdən tanıyıram. Aramızda tekstil işi olmuşdu. Sonradan şübhəli məni aldatdığı üçün bir-birimizdən şikayətçi olduq. O, Gaziosmanpaşa Ədliyyəsində mühakimə olunaraq cəza aldı.
Təxminən 2 il əvvəl yenidən mənə telefon açdı. Azərbaycan Konsolosluğunda əməliyyat edib pul qoparacağını dedi və məndən kömək istədi. Mən kömək etmədim. Daha sonra bu hadisə ilə bağlı edilən şikayət nəticəsində yenə mühakimə olunub cəza aldı.
Son 15-20 gündür mənə 0532 225 50 67 nömrəli xəttdən WhatsApp vasitəsilə zəng edib ‘səni öldürəcəyəm’ şəklində hədələr edir. Yenə WhatsApp üzərindən mesajlar göndərir. Mesaj çıxışlarını daha sonra iş materialı kimi təqdim edəcəyəm.
Bundan başqa TikTok üzərindən də ‘Yunus Demirtaş’ adlı hesabdan və başqa hesablardan məni təhdid edir.
Bu səbəblə şikayətçiyəm. Deyəcəklərim bunlardan ibarətdir.
Sənədin sonunda qeyd olunur ki:
– protokol ifadə verən şəxs tərəfindən oxunub,
-birlikdə imzalanıb,
-tarix: 11/05/2026.
İmzalayanlar:
– Respublika prokuroru
– Katib
-Şikayətçi
Vətəninfo.az




























