image-296086219_415982940555413_3390515088636946041_nbackend

SON DƏQİQƏ: Vətən müharibəsi qazisinə yüksək vəzifə verildi – SƏRƏNCAM

image-reklam_sirab_01

Xaçmaz Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verilib.

Veteninfo.az xəbər verir ki, bununla bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq sərəncam imzalayıb.<

Vətən müharibəsi iştirakçısı Tariyel Didarov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Tariyel Didarov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin sırasında zabit kimi müxtəlif vəzifələrdə çalışıb və bir çox medallarla təltif olunub.

Didarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasın görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O həmçinin “Vətən Müharibəsi iştirakçısı” və “Vətən naminə” medallarınada layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki