image-silahbackend

SON DƏQİQƏ: vitse-prezidentə qarşı-SUİ-QƏSD

image-reklam_sirab_01

Argentina prezidenti Alberto Fernandes vitse-prezident Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb.

Vətəninfo.az  xarici mediaya istinadən xəbər verir ki,Alberto Fernandes vurğulayıb ki, bu gün Argentina vaxtı ilə saat 21:00 radələrində (Bakı vaxtı ilə  ilə 04:00) bir şəxs ölkənin vitse-prezidenti vəzifəsini icra edən və iki dəfə prezident olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsd edib. Bu, 1983-cü ildən, demokratiyanın bərpasından bəri ən pis hadisədir.

Argentina prezidentinin sözlərinə görə, vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib: “Kristina sağdır, çünki texniki cəhətdən hələlik təsdiqini tapmayan hansısa səbəbdən tətiyi çəkməsinə baxmayaraq, beş gülləli silah atəş etməyib”.

Məlumatda deyilir ki, Cümə axşamı günü polis Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi həbs edib. “Cinco Noticias” telekanalında nümayiş olunan kadrlarda izdihamın arasında dayanan bir adamın az qala yaxından silahla Fernandes de Kirşnerə necə yaxınlaşa bildiyini görmək olar.

Sui-qəsddən sonra Argentina prezidenti Alberto Fernandes qeyri-iş günü elan edib.

Video burdan izlə:

https://www.telecinco.es/informativos/internacional/20220902/intentan-asesinar-cristina-fernandez-kichner-argentina_18_07355007.html


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki