Məktəblərdə “Son zəng” tədbirinin hansı qaydada keçirilməsi məsələsinə aydınlıq gətirilib.
Veteninfo.az-ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəviyə yaxın formatda keçirilə bilər:
“Bu haqda danışmaq hələ tezdir. Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxtımız var. Ümumiyyətlə, bu tip qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir. Lakin müşahidə olunan şərat davam edərsə, təbii ki, ənənəviyə yaxın formatda keçirilməsi istisna edilmir” – deyə nazir qeyd edib.