“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə belə reaksiya verməyən İran, bu gün Azərbaycanın İsraildə səfirlik açmasından narahat olur” .
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda bildirib.
“Lakin bildirmək istəyirəm ki, bu, Azərbaycanın daxili işidir. Biz İrana Azərbaycanın daxili işinə qarışmamağa çağırırıq. İran Azərbaycan siyasətinə xələl gətirən hərəkətlərdən çəkinməli, üzərimizə böhtan atmamalıdır”, – deyə Sahibə Qafarova vurğulayıb.