image-interpress_a311b9cee156685bb6836fc17b21eea3_8a36kepnj40y1smx5h7c-640x336backend

Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi Qubada qeyd olundu – FOTOLAR

image-reklam_sirab_01

İyul ayının 5-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə universitetin bir qrup müəllim-tələbə heyətinin iştirakı ilə Quba rayonunda təhsil ictimaiyyətinin nümayəndələri və SDU-nun məzunları ilə görüş keçirilib.

Veteninfo.az xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba rayonu üzrə Təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, SDU-nun dosenti, Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, universitetin Karyera mərkəzinin müdiri Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov, SDU-nun TGT-nın sədri, universitetin III kurs tələbəsi Elmin Novruzlu, eləcə də Quba və Qusar rayonlarının ümumi təhsil müəssisələrinin rəhbərləri, şagird və məzunlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüş zamanı peşəkar kadrların, ixtisaslı mütəxəssislərin hazırlığında zəngin təcrübəyə malik olan Sumqayıt Dövlət Universitetinə bölgələrdəki  orta məktəb məzunlarının diqqətini cəlb etməklə yanaşı, onlara bu ali təhsil müəssisəsinin 60 illik nümunəvi fəaliyyəti, universitetin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar, növbəti dövr üçün qarşıya qoyulmuş məqsəd və hədəflər barədə geniş məlumat verilib. Həmçinin görüş iştirakçıları üçün SDU-nun  keçdiyi inkişaf yolunu əks etdirən videorolik  nümayiş etdirilib.

Tədbirin sonunda Sumqayıt Dövlət Universitetinin rəhbərliyi adından görüş iştirakçılarına müxtəlif hədiyyələr, eyni zamanda universitetin Karyera mərkəzinin müdiri  Əmirxan İsayevin və yazıçı-publisist Əli Rzazadənin müəllifi olduqları kitablar təqdim olunub.

Qeyd edək ki, təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə ali təhsilli peşəkar kadrların hazırlamnası istiqamətində uğurlu addımlar atır. İllər ötdükcə Sumqayıt Dövlət Universiteti məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, ümummilli liderimizin siyasi varisi olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. SDU hazırda ölkəmizdə müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrlar yetişdirmək baxımından əhəmiyyətli mövqeyini qoruyub saxlayır.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki