Şuşa bəyannaməsi
Şuşa bəyannaməsi biz-Azərbaycan və Türkiyə qardaşlığını bir daha təsdiq edən tarixi sənəddir.Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmışdır. Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Belə ki,Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapması çox mühüm tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması tarixi hadisədir və İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir.Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşımaqdadır.Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
Bəs bu bəyannamənin əhəmiyyəti nədən-nələrdən ibarətdir?
Şuşa bəyannaməsi xalqımız üçün mühüm tarixi əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə müttəfiqliyini ehtiva edən Şuşa Bəyannaməsi ilə Qafqazın tarixinin yenidən yazıldığını demək olar. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. 44 günlük vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı rolu haqqında səslənən fikirlərə, müzakirələrə də Şuşada cavab verildi. Artıq Türkiyə Cənubi Qafqaz regionunda iki böyük gücdən biri hesab edilir. Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatında vurğulandı ki, Türkiyə Azərbaycanla birlikdə işğaldan azad olunmuş torpaqlarda quruculuq-bərpa işlərini bərabər aparacaq. Eyni zamanda vurğulandı ki, bir daha bu hadisələrin yaşanmaması üçün də Azərbaycan Türkiyə birgə addımlar atacaq. Bu baxımdan, ən vacib məqam ondan ibarət idi ki, bundan sonra Azərbaycana ediləcək hər hansı bir təhdid, hücum Türkiyəyə qarşı edilmiş kimi qəbul olunacaq və Türkiyə anında Azərbaycanla bərabər bu məsələlərə cavab verəcək. Eyni zamanda, Türkiyəyə qarşı da ediləcək bu kimi addımlar Azərbaycana qarşı da edilmiş olacaq və Azərbaycan birmənalı olaraq hər şeyi ilə Türkiyənin yanında olacaq. Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı, Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənir. Artıq bu bölgəyə pis niyyətlərlə əl uzadanlara da çox ciddi bir cavab idi.Bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.
Bir məqamada diqqət yrtirmək lazımdır ki,NATO ölkəsi olaraq Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması təklifləri Rusiya və İranı qıcıqlandırırdı. Lakin bu formada əməkdaşlığa qarşı heç kəs çıxa bilməyəcək. Bakı və Ankara problemi ustalıqla və diplomatik məharətlə həll edə bildi. Bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi qarşıdakı illərdə daha da aydın olacaq. Bu, yalnız taktiki gediş deyil, eyni zamanda dərin strateji düşüncənin məhsulu idi.
Şəksizdir kiz,Azərbaycan-Türkiyə qardaşlığı daimi olacaq.Nə qədər ki,bu qardaşlıq,birlik mövcuddur,heç bir qüvvə bizə qalib gələ bilməz.Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!
Mədinə Xubaliyeva-YAP üzvü