image-ohaniyan-veteninfobackend

ŞUŞA FƏRARİSİ SONUNDA ANLAMAĞA BAŞLADI:Azərbaycanın irəli sürdüyü dəhliz məntiqi nəzərə alınmaqla…

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 44 günlük müharibədən sonra,Azərbaycanın diqtə etdiyi,eyni zamanda üçtərəfli bəyanatda da öz əksini tapan “Zəngəzur dəhlizi” ilə bağlı artıq Ermənistanın müxalifəti də  gerçəklikləri yavaş-yavaş həzm etməyə başlayıblar. Elə biu səbəbdəndir ki,44 günlük müharibədə Şuşa döyüşlərində canını zorla qurtararaq Xankəndinə,ordan da İrəvana qaçan  Seyran Ohanyan  “Zəngəzur dəhlizi” və Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizlə bağlı danışıb.

Erməni mediasına açıqlamasında Ohanyan bildirib ki, Azərbaycandan Naxçıvana tranzitin təmin edilməsi məqsədilə Azərbaycanın irəli sürdüyü  “Zəngəzurdəhliz”i  nəzərə alınmaqla Ermənistan üç yeni keçid məntəqəsinin yerləşəcəyi coğrafiya da seçilib.

Hazırda Ermənistan parlamentində “Hayastan” fraksiyasına rəhbərlik edən Şuşa fərarisi Seyran Ohanyan bildirib ki, keçid məntəqələrinin yerləşəcəyi ərazilərin müşahidəsi onu göstərir ki, yollar və infrastruktur baxımından hər şey Azərbaycanın irəli sürdüyü  “Zəngəzur dəhliz”i məntiqi çərçivəsində həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki