Telegraph qəzetinin adı açıqlanmayan amerikalı məmura istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp və İranın ali lideri Müctəba Xamenei hələlik iki ölkə arasında çərçivə sazişini təsdiqləməyiblər.
Vətəninfo.az xəbər verir ki, qəzet yazır ki, “Geniş çərçivəli razılaşma hazırlansa da, Donald Tramp və Müctəba Xameneinin yekun təsdiqi hələ də tələb olunur… bu, bir gündən çox çəkə bilər”.
Körfəzdəki mənbə qəzetə bildirib ki, bütün regional liderlər Trampı bölgədəki vəziyyəti sabitləşdirmək üçün atəşkəs təklifini qəbul etməyə çağırıblar.


























