image-reklam-veteninfo
image-1backend

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun – Hər gün 2 stəkan için…

image-reklam-veteninfo

Arterial təzyiqi aşağı salmağın müxtəlif yolları var. Bura qidalanma rasionunun və həyat tərzinin dəyişdirilməsindən tutmuş, müntəzəm dərman qəbuluna qədər bir çox üsul daxildir.

Bununla belə, getdikcə daha çox insan dərmanlardan qaçmağa və rifahı yaxşılaşdırmaq üçün daha təhlükəsiz, təbii üsullara üstünlük verməyə çalışır.

Həkimlər tərəfindən də təsdiqlənən və qan təzyiqinə müsbət təsir göstərən bu cür təbii vasitələrdən biri də çuğundur şirəsidir.

Vətəninfo.az  xəbər verir ki, “Very Well Health” nəşri çuğundur şirəsinin insan orqanizminə faydaları və zərərli tərəflərindən bəhs edən geniş material dərc edib.

Məqalədə 2025-ci ildə keçirilmiş və 75 nəfərin iştirak etdiyi elmi araşdırmaya istinad olunub. Tədqiqatda 67-79 yaşlarında olan 36 yaşlı insan və 18-30 yaşlarında olan 39 gənc iştirak edib.

iki həftə ərzində könüllülər gündə iki dəfə çuğundur şirəsi və tərkibində nitrat olmayan plasebo (təsirsiz içki) qəbul ediblər. Sınaqların yekununda məlum olub ki, çuğundur şirəsi qəbul edən yaşlı insanların qan təzyiqi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Gənclərdə isə bu effekt o qədər də kəskin qeydə alınmayıb.

Ekseter Universitetinin professoru və tədqiqatın həmmüəllifi Endryu Cons bildirib ki, çuğundur şirəsi kimi nitratlarla zəngin qidalar ağız boşluğunun mikrobiomunu elə dəyişir ki, bu da yaşlı insanlarda iltihabın azalmasına və arterial təzyiqin düşməsinə səbəb olur.

Universitetin digər tədqiqatçısı Anni Vanhatalo isə əlavə edib ki, çuğundur yeyilərkən ağızdakı bakteriyalar nitratları azot oksidininə çevirir. Bu maddə isə qan damarlarının divarlarını rahatladaraq təzyiqi aşağı salır. Yaşlı insanların insult və infarktdan daha çox əziyyət çəkdiyini vurğulayan ekspertlər, rasiona mütləq çuğundur, brokoli, ispanaq, kərəviz və rukkola kimi nitratla zəngin qidaları daxil etməyi tövsiyə edirlər.

Əgər çuğundur şirəsini orqanizmə faydalı olacaq şəkildə necə içməyi bilmirsinizsə, yuxarıdakı araşdırmanın metodundan yararlana bilərsiniz. Belə ki, iki həftə ərzində gündə iki dəfə bir stəkan çuğundur şirəsi qəbul etmək və bu müddətdə təzyiq göstəricilərini nəzarətdə saxlamaq məsləhət görülür.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki