image-hindistanbackend

The Economic Times: Hindistan yaxın aylarda Ermənistana silah tədarük edəcək. 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Hindistanın “The Economic Times” nəşri yazır ki, “Hindistan Ermənistanla-Azərbaycan arasında uzunmüddətli münaqişədə tərəfini seçərək,  Ermənistna silah satışına dair müqaviləni təsdiqləyib. Məlumata görə, müqavilə sentyabrın ilk on günlüyündə imzalanıb.

Müqavilələrin dəyəri açıqlanmasa da, mənbə sövdələşmənin 2000 milyon rupi və ya təxminən 245 milyon dollar dəyərində olduğunu və döyüş sursatlarının yaxın aylarda təhvil veriləcəyini bildirir.

Nəşir yazır ki, Hindistan xarici sifarişləri təmin etmək üçün islahatlar siyasəti və fəal hökumət dəstəyi vasitəsilə silah ixracını artırmaq üçün əhəmiyyətli səylər göstərmişdir.

Dövri nəşrin mənbələrinə görə, Hindistan ilk dəfə olaraq Ermənistana artıq Hindistan ordusuna xidmət edən çoxkanallı “Pinaka” reaktiv yaylım atəşi sistemləri ixrac edəcək. Bu güclü silah Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanıb və Hindistandakı özəl şirkətlər tərəfindən istehsal edilib. Ordu bu yaxınlarda sınaq üçün daha altı Pinaka alayına sifariş verdi.

Hindistan saziş çərçivəsində Ermənistana tank əleyhinə raketlər və digər döyüş sursatları da verəcək.

Nəşrin mənbəsi iddia edib ki, Ermənistana silah ixracı ilk dəfə deyil. 2020-ci ildə Hindistan artilleriya mərmilərini, minaatanları və raketləri izləmək və düşmənin atış yerlərini və mövqelərini təyin etmək üçün istifadə edilən dörd Swathi radarı ilə ölkəni təmin etməklə regional balansı dəyişib.

Nəşrin xəbərinə görə, Hindistan bu radarlar həm Pakistan, həm də Çin sərhədləri boyunca  yerləşdirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki