“The Wall Street Journal” nəşrinin analitiklərə istinadən yaydığı məlumata görə, Çin Cənubi Çin dənizində ən böyük hərbi bazasının tikintisinə başlayıb.
Hesabatda bildirilir ki, Çin mübahisəli sularda yerləşən adalarda genişmiqyaslı tikinti işləri aparır və əvvəllər az tanınan bir rifi bölgədəki ən böyük hərbi obyektlərdən birinə çevirmək üçün kampaniya həyata keçirir.
Məlumata görə, bu addım Pekinin regionda hərbi mövcudluğunu gücləndirmək və strateji mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl Çinin piyada tüfəngi ilə təchiz olunmuş pilotsuz uçuş aparatını sınaqdan keçirdiyi barədə məlumatlar yayılmışdı. Həmçinin ölkənin elektrik stansiyalarını sıradan çıxarmaq imkanına malik yeni silah üzərində çalışdığı da bildirilir.


























