Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən 19 aprel tarixində Bakı Slavyan Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx: Gələcək Sən” konfransı keçiriləcək.
Konfransın gündəliyinə daxil olan məsələlər bunlardır:
- Əmək bazarında hazırki vəziyyətin təsviri, bazarın xarakteri və tələbləri;
- Gələcəyin tələb olunan sahələri və onların xarakterik xüsusiyyətləri;
- Gələcəyin bacarıqları və onlara yiyələnmək yolları;
- Universitet illərinin səmərəli keçirilməsi istiqamətində tövsiyələrin verilməsi və real təcrübələrin bölüşülməsi;
- Tələbəlik illərində inkişaf etdirilməli bilik, bacarıq və səriştələr;
- Universitet illərində karyera istiqamətini təyin etməyin vacibliyi və sevdiyiniz peşəni tapmaq yolunda qarşıya qoyulan real məqsədlər.
Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər. İştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Qeydiyyat linki: https://t.ly/7cO0