image-jomard-tokayevbackend

Tokayev: “Prezidentlik müddətinin mandatı bir dəfəyə endirilsin”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev  bu ilin payızında ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi təklifi ilə çıxış edib.

Tokayev təklif edib ki,Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci ilin payızında, parlament seçkiləri isə 2023-cü ilin birinci yarısında keçirilsin.

Qazaxıstan mediasının yaydığı məlumatda vurğulanır ki, Tokayevin müraciətində deyilir:

“Mən bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm.Həmçinin gələn ilin birinci yarısında Milli Məclisə (aşağı palata) və parlamentə (yerli nümayəndəlik orqanları) növbədənkənar seçkilərin keçirilməsini təklif edirəm”.

Tokayev həmçinin prezidentlik müddətinin mandatının bir dəfəyə endirilməsini və beş ildən yeddi ilə qaldırılmasını zəruri hesab edib. Respublika başçısı qeyd edib ki, 2023-cü ilin ortalarında Qazaxıstanda bütün dövlət orqanlarında yenilənmə prosesi  baş verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki