ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Ankaranın “F-35” proqramına yenidən qatılması ilə bağlı problemin sürətli həllinə çağırıb.
Vətəninfo.az xəbər verir ki, “Fox News Digital”a müsahibə verən səfir bildirib ki, yaranmış çıxılmaz vəziyyət diplomatik irəliləyişə ehtiyac olduğunu açıq şəkildə göstərir.
Türkiyənin NATO missiyalarına verdiyi dəstəyi və ortaq təhlükələrə qarşı mübarizədəki rolunu xatırladan Tom Barak bildirib ki, Türkiyə ABŞ üçün çox vacib müttəfiqdir.


























