ABŞ prezidenti Donald Tramp ümid edir ki, bir həftə ərzində ABŞ və İran iki ölkə arasında silahlı münaqişəyə son qoymaq üçün anlaşma memorandumu imzalayacaqlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə Amerika lideri ilə telefon danışığı aparan Fox News aparıcısı Brett Baier məlumat verib.
Jurnalist qeyd edib ki, Ağ Ev rəhbəri ehtiyatla nikbindir.
Trampdan müqavilənin imzalanma vaxtı barədə soruşan Bayer bildirib ki, “O, hər şeyi yerinə yetirmək üçün bir həftə vaxt verir”.


























