Tramp İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyə razı olduğunu açıqladı
ABŞ prezidenti Donald Tramp iddia edir ki, İran 2025-ci ilin iyun ayında ABŞ-ın vurduğu ərazilərdən zənginləşdirilmiş uranı ABŞ-a köçürməyə razılaşıb.
Vətəninfo.az xəbər verir ki, Tramp iddia edib ki, “Onlar bizə nüvə materialı verməyə razılaşıblar. B-2 bombardmançı təyyarələri ilə həyata keçirdiyimiz hücumlar səbəbindən bu material yerin dərinliklərində basdırılıb”.
“The Washington Post” qəzetinin qeyd etdiyi kimi, Tramp zənginləşdirilmiş uranı təsvir etmək üçün “nüvə materialı” terminindən istifadə edir. MAQATE-nin məlumatına görə, bu uranın İslam Respublikasındakı əsas nüvə obyektlərinə Amerikanın zərbələri nəticəsində yerin dərinliklərində basdırıldığı bildirilir.
“İranla bir çox şeydə razılığa gəlmişik. Və düşünürəm ki, çox müsbət bir şey baş verəcək”, – deyə Amerika lideri əlavə edib.


























