image-reklam-veteninfo
image-1200_0_1775583123-3711backend

Tramp İrana qarşı yeni zərbələr planlaşdırır – CNN

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Trump İranla aparılan sülh danışıqlarının gedişindən narazıdır və Pentaqon artıq Tehrana qarşı yeni hərbi zərbələr üçün plan hazırlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda İrana xəbərdarlıq edərək bildirib ki, “İran üçün vaxt azalır və onlar tez hərəkət etməlidirlər, əks halda heç nəsiz qalacaqlar. Hər dəqiqə vacibdir”.
CNN-in yazdığına əsasən, ABŞ prezidenti şənbə günü İranla bağlı növbəti addımları müzakirə etmək üçün milli təhlükəsizlik komandasının yüksəkvəzifəli üzvləri ilə görüş keçirib. Görüş Trampın Çindən Vaşinqtona qayıtmasından bir neçə saat sonra baş tutub.
Virciniya ştatında yerləşən prezidentin qolf klubunda keçirilən toplantıda vitse-prezident J. D. Vance, dövlət katibi Marco Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff iştirak edib.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev İranla danışıqlar prosesinin nəticəsiz qalmasından ciddi narahatdır və Vaşinqton hərbi təzyiq variantlarını da gündəmdə saxlayır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki