image-reklam-veteninfo
image-1backend

Tramp: İranla razılaşma alınmasa, bunu edəcəyik

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı sərt açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, Ağ Evdə “Ölkənin vəziyyəti haqqında müraciət” çərçivəsində çıxış edən Tramp bildirib ki, ABŞ İranda qarşıya qoyduğu əsas hərbi məqsədlərin böyük hissəsini artıq yerinə yetirib və prosesin yekunlaşmasına yaxındır.

Prezident qeyd edib ki, “Amerikanın İrandakı bütün hərbi məqsədlərini çox qısa müddətdə başa çatdırmaq yolundayıq. Lakin növbəti 2-3 həftə ərzində onlara çox ağır zərbə endirəcəyik”.

Tramp ABŞ-ın həyata keçirdiyi “Epik Qəzəb Əməliyyatı” çərçivəsində mühüm nəticələr əldə olunduğunu vurğulayaraq, hücumların tezliklə tamamlanacağını bildirib. O, əlavə edib ki, həyata keçirilən zərbələr İranı “yenidən aid olduğu yerə – daş dövrünə qaytaracaq”.

ABŞ prezidenti həmçinin ölkəsinin İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn kimi müttəfiqlərinə təşəkkür edib və onlara müdafiə dəstəyinin davam etdiriləcəyini qeyd edib.

Tramp bildirib ki, ABŞ-ın İrandakı məqsədləri rəsmi olaraq rejim dəyişikliyi olmasa da, həyata keçirilən əməliyyatlar müəyyən mənada buna gətirib çıxarıb. O, xəbərdarlıq edib ki, əgər yaxın müddətdə razılaşma əldə olunmazsa, İranın bütün elektrik stansiyaları hədəfə alınacaq.

Eyni zamanda prezident vurğulayıb ki, ABŞ İranın neft obyektlərinə zərbə endirməyi planlaşdırmır və bunun səbəbi kimi İran xalqına “şans vermək” istəklərini göstərib.

Hörmüz boğazı ilə bağlı danışan Tramp bildirib ki, ABŞ bu marşrutdan keçən neftə ehtiyac duymur və bu keçidin təhlükəsizliyinə daha çox ondan istifadə edən ölkələr cavabdeh olmalıdır. O, NATO ölkələrini boğazı nəzarətə götürməyə çağırıb və lazım gələrsə, ABŞ-ın dəstək verəcəyini qeyd edib.

Tramp əlavə edib ki, ABŞ artıq enerji baxımından müstəqildir və Yaxın Şərq neftindən asılı deyil. Bununla belə, Vaşinqtonun regiondakı mövcudluğunun əsas məqsədinin müttəfiqlərə dəstək göstərmək olduğunu vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki