“Middle East Eye” (MEE) nəşri danışıqlarla tanış olan bir neçə mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Tramp türkiyəli həmkarı R.T.Ərdoğanı iyul ayında NATO sammitində iştirak etmək üçün Ankaraya səfər etmək planları barədə məlumatlandırıb.
Vətəninfo.az xəbər verir ki, Tramp bu niyyətini mayın 20-də Türkiyə lideri ilə telefon danışığı zamanı bildirib. Bəzi Avropa rəsmiləri hesab edir ki, bu səfər Alyans sammitini onilliklər ərzində ən vacib sammitlərdən birinə çevirə bilər, çünki Vaşinqton Amerika qoşunlarının Avropadan çıxarılmasını nəzərdən keçirir.
“Əgər o gələrsə, iğtişaşlar və mübahisələr yarana bilər. Lakin, əgər o gəlməsə, bu, alyansın gələcəyinə zərər verəcək”, – deyə bir rəsmi “MEE”-yə bildirib.
Digərləri isə hesab edirlər ki, Türkiyə və başqa müttəfiqlər ABŞ-dan qoşunların qəfil deyil, tədricən çıxarılması planını tələb edə bilərlər.


























