ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu Livana qarşı hədəfli hücumlarla məhdudlaşmağa çağırdığını açıqladı
.”Mən Netanyahuya dedim ki, o, yalnız hədəfə yönəlmiş hücumlar etməlidir, binaları dağıtmamalıdır. Bu, çox dəhşətlidir və İsrailə pis təsir edir”, – deyə Tramp bildirib.
Vətəninfo.az “Axios”a istinadən verdiyi xəbərə görə, Livan və İsrail arasında atəşkəs elan olunmasına baxmayaraq, İsrail aviasiyası və artilleriyası Livanın cənubuna gündəlik hücumlar etməyə davam edir.


























