Türkiyə Silahlı Qüvvələrinin (TSK) təşkil etdiyi “Qış təlimi-2023” (Kış Tatbikatı-2023) Türkiyə Cümhuriyyəti tarixinin ən böyük iştirakı ilə Qarsda davam edir.
Vətəninfo.az xəbər verir ki, hərbi təlimdə Almaniya, Azərbaycan, Qazaxıstan və İngiltərə də daxil olmaqla 17 ölkənin hərbçiləri var.
1758 şəxsi heyətin iştirakı ilə davam edən təlimdə havanın temperaturunun 10 dərəcə şaxtaya endiyi bölgədə 43 müxtəlif tipdə 651 texnika, 23 müxtəlif diametrdə 865 silah istifadə edilir.
Təlim çərçivəsində Türkiyə və Azərbaycan silahlı qüvvələrinə məxsus zirehli bölmələr manevrdən əvvəl əvvəl tanklara texniki qulluq və nəzarəti həyata keçiriblər. Sonra hər iki ölkənin tank diviziyası və mexanikləşdirilmiş piyada diviziyasının iştirakı ilə hücum tapşırığı yerinə yetirilib.
Sahədə üstün hərəkətlilik nümayiş etdirən tankların ağızlıq sinxronizasiyası və dumanlama kimi digər sistemləri yoxlanılıb.
Tanklar hücumu məşq edərkən manevr mərmilərindən də istifadə olunub.
Quru əməliyyatlarının mühüm elementlərindən olan zirehli bölmələrin çətin relyef şəraitində dərin dərələri necə keçdiyi üfüqi istiqamətdə sürüşdürülmüş körpü tankı ilə göstərilib.
“Kış Tatbikatı-2023” hərbi təlimində haubitsa, tank və CİRİT raketləri də atılıb.