image-reklam-veteninfo
image-1backend

Türkiyə və Ermənistan  razılığa gəldi

image-reklam-veteninfo

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Vətəninfo.az  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, tərəflər nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur üzrə məsələləri müzakirə ediblər.

Həmçinin, qeyd olunub ki, imzalanan memoranduma əsasən, Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünü birgə bərpa edəcəklər.

Görüşdə regional sülh, dialoq və sabitlik əsasında Cənubi Qafqazda normallaşma prosesi, iqtisadi əməkdaşlığın artırılması və xalqlar arasında əlaqələrin gücləndirilməsi də müzakirə olunub

Bundan başqa, 5 may tarixində Qarsda Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib. Görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.

Tərəflər regionun nəqliyyat infrastrukturunun inkişafı kontekstində Qars-Gümrü dəmir yolu əlaqəsinin tezliklə işə salınmasının vacibliyini vurğulayıblar.

Bununla belə, nümayəndə heyətlərinin tərkibi və işçi qrupunun sonrakı addımları barədə təfərrüatlar açıqlanmır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki