Türkiyənin Qaziantep şəhərində tikilməkdə olan evin divarının uçması nəticəsində iki uşaq ölüb.
Hadisə güclü fırtına səbəbindən baş verib.
Hadisə nəticəsində 3 azyaşlı uşaq ağır yaralanıb.
Faktla bağlı araşdırma başladılıb.
Qaziantep valisi Davud Gül, sosial media hesabında şiddətli fırtınanın davam etdiyini və lazım olmadıqca vətəndaşların çölə çıxmamasını bildirib.