2022-ci ildə Türkiyənin ASELSAN şirkəti 10 PUP mobil peyk terminalını Azərbaycan Müdafiə Nazirliyinə təhvil verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bu sistemlər Azərbaycanda quraşdırılmış peyk yerüstü stansiyası vasitəsilə səs və İP məlumatların ötürülməsini təmin edəcək.
Azərbaycan Hərbi Hava Qüvvələri HÂKİM idarəetmə sistemi ilə birlikdə Azərbaycanın bütün radarları, təyyarələri və hava hücumundan müdafiə sistemləri ilə Azərbaycanın hava məkanına real vaxt rejimində nəzarət və idarəetməni təmin edəcək.