Türkiyənin ilk reaktiv mühərrikli hücum təyyarəsi “Hürjet” ilk uçuşunu uğurla başa vurub.
Vətəninfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, layihə çərçivəsində müəyyən edilən konfiqurasiyada ilk təhlükəsiz uçuş bu gün həyata keçirilib.
Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən Türkiyənin ilk reaktiv mühərrikli hücum təyyarəsi “Hürjet”-in 2025-ci ilin sonuna qədər istifadəyə veriləcəyi bildirilir.