image-555backend

Türkiyənin lazer silahı hədəfi tam dəqiqliklə vurdu – VİDEO

image-reklam_sirab_01

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə başlanan və əsas podratçı “Roketsan” tərəfindən həyata keçirilən asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən çox təsirli hibrid müdafiə sistemi olan ALKA İstiqamətləndirilən Lazer Silah Sistemi layihəsi tam sürətlə davam edir.

Layihə çərçivəsində hazırlanmış hədəf aşkarlama radarı, hədəf izləmə və elektromaqnit sistemi ilə təchiz edlən yüksək güclü lazer silahı nümayiş olunub.

Təqdimat zamanı müxtəlif güc səviyyələrində və fərqli daşıyıcı platformalar (sabit, portativ və mobil) üçün inteqrasiya olunmuş məhsul ailəsi kimi hazırlanan milli lazer silah sistemi həlli təqdim edilib. Onun imkan və effektivliyi atış testləri vasitəsilə təsdiqlənib.

Layihədə lazer mənbəyi “Ermaksan” şirkəti də istehsalçısı kimi də iştirak edir.

Sınaqlardan görüntüləri müdafiə sənayesi naziri İsmail Dəmir sosial media hesabında paylaşıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki