Heydər Əliyev adına liseyin coğrafiya müəlliməsi, Günay Əsgərova yeniyetmə qızı İlhamə Nağızadənin sağlamlığına qovuşması üçün imkanlı şəxslərə müraciət edib.
Veteninfo.az xəbər verir ki,15 yaşlı Nağızadə İlhamə anadangəlmə betta talassemiya xəstəliyindən əziyyət çəkir.
Ananın sözlərinə görə, bir neçə il əvvəl Almaniyanın Tübingen şəhərində Kinderklinikdə sümük iliyi transplantasiyası ediləndən sonra yaranmış muxtəlif yan təsirlərin və qızımın bədəninin GVHD-ə (nəql edilmiş yeni donorun orqanlara adoptasiyası) qarşı reabilitasiyasının növbəti mərhələsini başlayıb: “Qısa olaraq Sizə məlumat verim ki, qızım Nağızadə İlhaməyə 2017- cı ildə Almaniyada sümük iliyi transplantasiyası edilib. Bundan sonra qızıma köçürülən yeni kök hüceyrələrinin yaratdığı GVHD-ə ( orqanların savaşı) qarşı müalicələr aparmaq zərurəti yaranıb. Qızımın aldığı çox sayda kimya terapiyaların və hormon dərman fəsadlarının nəticəsində qaraciyərinin aldığı zərərin və orqanların savaşının aradan qaldırılması üçün müalicənin davam edilməsinə təcili ehtiyac var. Bu səbəbdən Klinika bizi iyul ayi üçün təcili müalicəyə çağırıb .
İlk övladım doğulduqdan 20 gün sonra qanında hemoliz getdiyindən oxşar tipli xəstəlik səbəbilə dünyasını dəyişib. İlhamə mənim həyatda tək ümidimdir, yaşamaq səbəbimdir və çox təəsüf ki, mən bir daha ana ola bilmərəm.
Kliniki nəticələrin təhlilinə əsasən çox əziyyətlər çəkmiş qızım da gələcəkdə ana ola bilməyəcək.
Lakın həkimlərin dediklərinə gorə mualicə kursunu keçəndən sonra tam sağlamlığına qovuşa bilər.
Ağır transplantasiyadan sonra mütəmadi müalicələr həkimlərin qənaətinə görə 18 yaşa qədər ehtiyac var. 3 il tam müalicə olunsa qızım da sağlam həyatına qovuşa bilər.
Tubingen klinikası növbəti müalicə kursunun zəruri olması səbəbi ilə bizi iyul ayında yenidən çağırsa da vizamız bitib. Klinikaya müalicə xərcləri ödəniləndən sonra bizə dəvətnamə göndərilir və biz dəvətnamə əsasında viza alırıq. Hazırda qızımın dərisində yaranmış əks reaksiyalara müdaxilə edilməsi çox vacibdir. Klinik sonuçlarına ve Professorun qənaətinə görə dəridə yaranmış ləkələr və analiz nəticələri qara ciyərin vəziyyətinin kəskin olmasından və serroz riskindən xəbər verir. Bu baxımdan iyul ayında nəzərdə tutulan 3 aylıq seanslar həm müayinə, həm də qaraciyer hormonlar ve ilik savaşı müalicəsi məqsədi daşıyır. Həkimlərin qənaətinə görə müalicə vaxtlı-vaxtında edilərsə qızım tezliklə sağalacaqdır.
Klinikanın göndərdiyi invoys əsasında müalicə, müayinə və yaşamaq xərcləri üçün köməyinizə ehtiyacımız var. Mənim övladımı tək böyütdüyümü, balamın yeganə ümidim olmasını nəzərə alaraq illərdir əziyyət çəkən körpəmə rəhm edib köməklik göstərmənizi xahiş edirəm. Balaca qızım yenidən həyata tutunub, xəstə olmasına baxmayaraq 17 saylı məktəbdə dərslərində əlaçıdır. Uç dili əla bilən şagirddir.
Mən onu vətənpərvər ruhda böyüdürəm və əminəm ki, Azərbaycana layiqli övlad olacaqdır. Sizdən çox xahiş edirəm ki, balamı yaşada bilməyim üçün bizə kömək edəsiniz”.
15 yaşlı İlhaməyə kömək etmək istəyənlər aşağıdakı kart hesabına yardım göndərə bilərlər.
Gunay Asgarova: 4169 7377 0706 4693
Əlaqə nömrəsi: 055 989 54 74