Konfederasiya koalisiyasını təmsil edən Polşa Parlamentinin sədr müavini Kşiştof Bosak Ukrayna Prezidenti Vladimir Zelenskinin artıq ölkədə xoş qarşılanan qonaq hesab edilmədiyini açıqlayıb.
O, bu fikrini RMF FM radiostansiyasının efirində bildirib.
Parlament üzvünün sözlərinə görə, Ukrayna lideri Polşaya yalnız bir şeyə ehtiyac duyduğu zaman gəlir. Bosak həmçinin Ukraynanın Avropa Birliyinə üzvlüyünə mane olmağa, Kiyevə kreditlərin verilməsini dayandırmağa və Ukrayna silahlı qüvvələri üçün Starlink sistemlərinin maliyyələşdirilməsindən imtina etməyə çağırıb.
O, vurğuladı ki, Ukrayna hakimiyyəti Polşada cinayətkar hesab edilən şəxslərin təriflənməsini dayandırana və Volın qırğınının qurbanlarının dəfn mərasiminin keçirilməsi məsələsini həll edənə qədər bu mövqe qorunmalıdır.


























